Ankara yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı məlumat

Ankara yaxınlığında Liviya ordu rəhbərliyini daşıyan və qəzaya uğrayan “Falcon 50” təyyarəsi ilə bağlı maraqlı məlumat yayılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təyyarə biznes-klass uçuşları da daxil olmaqla, çarter xidmətləri göstərən Maltada qeydiyyatdan keçmiş aviaşirkətə məxsus olub.
Avropa İttifaqında aviasiya dairələrindəki mənbənin TASS-a dediyinə görə, qəzaya uğrayan “Falcon 50” ilk uçuşunu 1988-ci ildə həyata keçirib, Malta aviaşirkəti tərəfindən idarə olunub və biznes aviasiyasının çarter marşrutlarında istifadə olunub. Həmçinin qeyd edilib ki, təyyarə 2022-ci ilin yayında tam texniki xidmətdən keçib.
Mənbənin sözlərinə görə, təyyarə demək olar ki, hər gün Aİ daxilində, eləcə də Yaxın Şərq və Afrika ölkələrinə uçuşlar həyata keçirirdi.
Polise.az



