Antoni Blinken və Hakan Fidan Qafqazda sülh imkanlarını müzakirə ediblər
ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Qafqaz regionunda sülh və sabitliyi dəstəkləmək imkanlarını müzakirə ediblər.
AZƏRTAC-ın Dövlət Departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müzakirələr Çexiyanın paytaxtı Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub. Görüşdə həmçinin Qəzzaya humanitar yardımının artırılmasının və regional qeyri-stabilliyin qarşısının alınmasının vacibliyi müzakirə edilib.
Polise.az