Antonio Koşta: Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşdır

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfəri ilə bağlı rəsmi sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, Bakıda olduğunu bildirən Aİ rəsmisi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyini diqqətə çatdırıb.
Antonio Koşta Azərbaycanın Avropa İttifaqı üçün əsas tərəfdaş olduğunu vurğulayaraq, son bir il ərzində ikitərəfli münasibətlərin yeni enerji qazandığını qeyd edib.
O bildirib ki, tərəflər təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı daha da dərinləşdirmək əzmindədirlər.
Görüş çərçivəsində, həmçinin sürətlə dəyişən geosiyasi vəziyyət fonunda baş verən son proseslərin və regional inkişafın müzakirə edilməsi planlaşdırılır.
Polise.az



