Ötən ay 14965 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Apreldə 14965 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu Dövlət Sərhəd Xidmətinin aprel ayı üçün yaydığı hesabatda əksini tapıb.

Bundan başqa, qeyd olunub ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 228 kiloqram 925 qram narkоtik vasitə aşkar olunub.

Həmçinin bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 793 min 692 manat оlan qaçaqmal, о cümlədən dron, patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button