Araikin yanında sülənən 40 “müşavir”
44 günlük savaşımızdakı qələbəmizdən sonra hələ də Rusiya hərbçilərinin himayəsi altında Xankəndidə sülənən separatçı-terrorçu Araik Arutyunyanın 40 müşaviri, xüsusi tapşırıqlar üzrə səlahiyyətli nümayəndəsi və köməkçiləri var.
Belə bir məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Məlumatda bir çox məsləhətçi, köməkçi və xüsusi nümayəndənin “ərazisi”nin 70%-ni itirmiş rejimin büdcəsi tərəfindən dəstəkləndiyi və könüllü olaraq ictimai əsaslarla işləyənlərin də olduğu qeyd edilir.
“Digər ölkələrlə müqayisə:
Ermənistan baş nazirinin bir baş məsləhətçisi, 5 müşaviri, 6 köməkçisi, Ermənistan prezidentinin 4 müşaviri, 7 köməkçisi var. ABŞ prezidentinin yalnız 8 müşaviri var. Böyük Britaniya baş naziri və Fransa prezidentinin 13 müşaviri və xüsusi tapşırıqlar üzrə müşaviri var. İran prezidentinin cəmi 6 müşaviri, 3 xüsusi köməkçisi, Gürcüstan prezidentinin isə yalnız 5 müşaviri var”, – məlumatda deyilir.