Armne Sarkisyan etiraf etdi: “Ermənistan böhran və parçalanmaq təhlükəsi ilə üz-üzədir”

“Erməni dövlətçiliyi əsas ideologiya və dəyər olaraq qorunmalıdır”.

Erməni mətbuatına istindən xəbər verir ki, bu fikirləri Ermənistanın prezidenti Armen Sarkisyan yeni seçilən millət vəkillərinə müraciətində səsləndirib. Sarkisyan gələcəkdə güclü, balanslı və mütərəqqi bir dövlət qurmağın vacibliyini vurğulayıb.

“Artıq vəzifələrini məsuliyyətlə yerinə yetirən, əhalinin və ərazilərin təhlükəsizliyini təmin edən, ərazi bütövlüyünü və suverenliyini qoruyan, Qarabağ məsələsini ədalətli həll edən bir dövlətin olmasının vaxtı çatıb” – deyə Sarkisyan erməniliyini sübuta yetirib.

Sarkisyan əlavə edib ki, ölkədəki problemlərdən açıq danışmaq, imkanları düzgün qiymətləndirmək, səhvləri və çatışmazlıqları qəbul etmək və məsuliyyət daşımaq lazımdır. Prioritet isə böhrandan çıxmaq və parçalanmanın qarşısını almaq olmalıdır.

Ermənistan prezidenti xaricdəki erməni diasporunun potensialından istifadə etməyin vacibliyini dilə gətirib. Çünki Ermənistan üçün diaspora siyasi və milli kimliyinin ən vacib hissəsidir.

Sarkisyanın fikirləri ilk baxışdan bir dövlətin başçısının ölkəsini düçar olduğu siyasi-sosial və iqtisadi böhrandan çıxarmaq üçün çabalaması təsirini bağışlayır. Lakin həqiqət isə tam başqadır. Sarkisyan erməni dövlətçiliyindən ağız dolusu danışır, Qarabağ məsələsinin ədalətli həllinə nail olmaq istəyir, lakin anlamır ki, başqa ölkənin ərazilərini işğal edib özünə dövlət qurmaqla dövlətçiliyi qorumaq mümkün deyil. Sarkisyan və digər onun kimi düşünən ermənilər Qarabağın Azərbaycan torpağı olduğunu anlasalar da, öz çirkin niyyətlərindən, ərazi iddialarından əl çəkmək istəmirlər və hələ də “ədalət”dən dəm vururlar.

Dolayısı ilə Armen Sarkisyan ölkəsinin böhran içində olduğunu, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığını dilə gətirir. Lakin belə vəziyyətdə də başqa ölkəyə qarşı ərazi iddiası səsləndirir. Ömür boyu dövləti olmayan, yalnız tarixi Azərbaycan ərazilərini öz siyasi havadarlarının dəstəyi ilə ələ keçirərək özlərinə yaşayış yeri quran ermənilərin dövlətçilikdən danışmaları isə bir ayrı mövzudur.

Sarkisyan-Paşinyan administrasiyası xaricdəki erməni diasporunun pullarına və erməni kilsəsinin düşmənçilik toxumu səpməsinə güvənib mövcud problemləri həll etməyin və dövləti qoruyub saxlamağın mümkün olmayacağnı nə qədər tez anlasa, ölkəni bir o qədər tez böhrandan çıxara bilərlər. Əks halda Sarkisyanın da etiraf etdiyi kimi Ermənistan böhran və parçalanmaq təhlükəsi ilə qarşı-qarşıyadır və bu gec-tez baş verəcək.

Hamısını Göstər

Related Articles

Back to top button