Arutyunyan: Rus sərhədçilər gəldi, Bakı ilə razılaşdıq
Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi ucbatından ölkənin suverenliyinin itirilməsi haqqında iddialar doğru deyil.
Bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan deyib.
“Suverenliyin itirilməsindən yalnız təhlükəsizlik təmin olunmadığı zaman bəhs etmək olar. Bu gün atılan addımlar dövlətin təhlükəsizliyini və suverenliyini gücləndirir”, – deyə o bildirib.
Arutyunyan Rusiya ilə razılaşma əsasında rus sərhədçilərin Gorus-Qafan avtomobil yolunun bir hissəsinə yerləşdiyini deyib. O, Azərbaycanla razılaşma əldə olunduğunu və buna əsasən, yolla sərhədçilər arasında heç bir ordu bölməsinin olmayacağını bildirib.