Aselsanın 900 kiloqramlıq smart-bombası səhnəyə çıxdı

Türkiyənin müdafiə sənayesinin nəhəngi Aselsan real döyüş təcrübəsi – xüsusilə Ukrayna müharibəsinin diktə etdiyi tələblər fonunda KGK-84 adlı yenilənmiş yüksək dəqiqlikli planlaşdırma və nişangah dəstini ictimaiyyətə təqdim edib.

Musavat.com xəbər verir ki, yeni sistem 900 kiloqramdan artıq kütləyə malik aviabombalarla uyğun işləyir və 100 kilometrdən çox uçuş məsafəsi təmin etməklə bu kateqoriyada ABŞ istehsalı JDAM-ER-i geridə qoyur.

Aselsan mühəndisləri bildirirlər ki, yeni KGK-84 dəsti:

RƏB-ə qarşı yüksək dayanıqlıq göstərir;

Müdaxiləyə davamlı mühafizəli naviqasiya sistemi ilə təchiz olunub;

Müxtəlif əməliyyat teatrlarında tələb olunan çevik uçuş trayektoriyası seçiminə imkan yaradır.

Ukrayna cəbhəsində baş verənlər göstərdi ki, döyüş aviasiyası üçün iki amil kritikdir: maksimal məsafədən zərbə endirmək və Rusiya tipli güclü radioelektron müdaxilə sistemlərində belə hədəfi dəqiq vurmaq. Aselsanın yeni komplekti məhz bu reallıqlara uyğunlaşdırılıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button