Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir – YENİLƏNİR

Astara Dövlət Sərhədindən Keçid Məntəqəsində təxliyə prosesi davam edir.
Teleqraf xəbər verir ki, bu gün ümumilikdə 83 nəfər Azərbaycan ərazisinə təxliyə olunub.
Təxliyə edilənlərdən 74 nəfəri Çin Xalq Respublikasının vətəndaşlarıdır. Digər şəxslər isə müxtəlif ölkələrin vətəndaşlarıdır.
Təxliyə olunan şəxslər xüsusi prosedur qaydalarına uyğun olaraq sərhəddə qeydiyyatdan keçirilərək təhlükəsiz şəkildə əraziyə buraxılıb. Proses gücləndirilmiş rejimdə və fasiləsiz şəkildə davam etdirilir.
****
10:47
Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir.
Teleqrafın Cənub bürosu xəbər verir ki, Slovakiya səfirliyinin əməkdaşları iki avtomobillə Azərbaycan ərazisinə daxil olublar.
Diplomatlar ilkin yoxlamalardan sonra təhlükəsiz şəkildə yola salınıblar.
Ötən gün axşam saatlarında isə Serbiya səfiri də Azərbaycan ərazisindən təxliyə olunmuşdu.




