Astara sərhədindən vətəndaşların təxliyəsi davam edir – FOTO

Astara sərhəd-keçid məntəqəsindən vətəndaşların təxliyəsi davam etdirilir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, az öncə daha bir neçə Azərbaycan vətəndaşı təxliyə olunaraq ölkə ərazisinə keçib.
Bundan əlavə, təxliyə olunanlar arasında artıq əcnəbi vətəndaşlar da müşahidə olunmağa başlayıb.
Bir nəfər İtaliya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunaraq aidiyyəti üzrə yola düşüb.
Hazırda sərhəd-keçid məntəqəsində koordinasiya və təşkilati işlər davam etdirilir.
Polise.az




