Astarada 26 kiloqramdan artıq narkotik aşkarlandı

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 26 kiloqamdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumat görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar. Keçirilən baxış zamanı S.Ağayevin üzərindən 3 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. E.Ağayevin yaşadığı evə və  həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını  təşkil etməli imişlər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button