Astarada narkomaniya ilə mübarizə çərçivəsində tədbir təşkil olunub
Astarada narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Artupa kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş təşkil edilib.
Görüşdə çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev və digərləri narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıblar.
Narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığı, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.



