Atəşi hər dəfə oradan açırlar – Təxribat istiqamətinin İFŞASI

Mart ayının 17-dir. Artıq bu ayın 16 günü ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini bir neçə dəfə atəşə tutub.

Martın 4-ü saat 22:05-də Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun mövqelərinə atıcı silahlardan atəş açılıb.

Digər hadisələr isə eyni gündə – martın 16-da qeydə alınıb. Həmin gün saat 09:45 radələrində Gorus rayonunun Dığ yaşayış məntəqəsi, saat 18:35 radələrində Xəzinəvar yaşayış məntəqəsi, saat 20:10-dan 20:45-dək isə yenə eyni rayonun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun mövqelərinə atıcı silahlardan bir neçə dəfə atəş açılıb.

Fevral ayında belə hadisə olmamışdı.

Ondan qabaq isə mövqelərimizin atəşə tutulması yanvarın ilk həftəsində baş vermişdi. Maraqlıdır ki, həmin günlərdə də Ermənistan silahlı qüvvələrinin bölmələri məhz Gorus rayonu istiqamətində yerləşən mövqelərdən Ordumuzun mövqelərinə atıcı silahlarla atəş açmışdı.

Atəşi hər dəfə oradan açırlar - <span style=color:red>Təxribat istiqamətinin İFŞASI

Mart ayında mövqelərimizə atəş açılması, konkret olaraq bir gündə (16 mart) bir neçə dəfə atəş açılması eskalasiyaya gətirib çıxara bilərmi? Nə üçün hər dəfə Ordumuzun mövqeləri Ermənistan silahlı qüvvələrinin məhz Gorus rayonu istiqamətindəki bölmələri tərəfindən atəşə tutulur? Gorusu Ermənistanın digər rayonlarından fərqləndirən nədir? Bunu necə izah etmək olar?

Atəşi hər dəfə oradan açırlar - <span style=color:red>Təxribat istiqamətinin İFŞASI

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanın şərti sərhəddə təxribatlar törətməsi artıq adət halını alıb. Eyni zamanda O.Qasımov qeyd edib ki, son 3-4 ildə sərhəddə çox ciddi eskalasiyanın şahidi olmamışıq: “Hazırda hər kəsi düşündürən məsələ ondan ibarətdir ki, Ermənistan bir yandan Azərbaycanla sülh danışıqları ilə bağlı prosesin bitdiyini bəyan edir, bütün məsələlərin razılaşdırıldığını söyləyir, o biri yandan isə  təxribatlardan əl çəkmir. Hesab edirəm ki, bu bir neçə səbəbdən qaynaqlanır. Birincisi, Ermənistan cəmiyyətindəki revanşist əhval-ruhiyyədən, ikincisi, revanşistlərin təzyiqi altında olan hökumətin guya sərhəddə vəziyyətin gərgin olması təsəvvürünü yaratmaqla ictimai rəyi manipulyasiya etməsindən. Şübhəsiz ki, burada başqa məqamlar da var. Xarici faktorlar da nəzərə alınmalıdır. Belə ki, Avropa Parlamentinin son qətnaməsi məhz həmin faktorlardan biridir. Bu cür təsirlər Ermənistanda revanşistləri tətikləyən, qızışdıran amillərdir. Şərti sərhədlərdə təxribatlara cəhdin arxasında duran niyyətlərdən biri də Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etmək, sonra bundan bir ajiotaj düzəltmək, hazırda nisbətən arxa plana düşmüş diqqəti yenidən Cənubi Qafqaza yönəltmək ola bilər. Bu baxımdan hesab etmirəm ki, yaxın dövrlərdə böyük hərbi eskalasiya mümkündür. Təbii ki, müəyyən gərginliklər olacaq. Zaman-zaman, sülh müqaviləsi imzalanana qədər bu və ya digər formada müəyyən təxribatların şahidi olacağıq”.

Atəşi hər dəfə oradan açırlar - <span style=color:red>Təxribat istiqamətinin İFŞASI

O.Qasımov xatırladıb ki, Qarabağın işğal altında olduğu vaxtlarda ermənilərin Xankəndidən İrəvana gedən yolu Gorus ərazisindən keçib: “Onların nəzərində Gorus həm də Qarabağa qapı sayılır. Ermənilər öz təxribatları ilə göstərmək istəyirlər ki, Qarabağı unutmayıblar, hələ də Qarabağı ələ keçirmək düşüncələri var. Digər tərəfdən, Naxçıvana gedən yollardan da biri Gorus ərazisindən keçir. Ermənistanın baş naziri Nikol Paşinyan isə bu yaxınlarda, nə qədər absurd görünsə də, Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəliş üçün həmin yolu təklif etmişdi. Niyyətlərdən biri həmin marşrutun da təhlükəsiz olmadığını göstərmək, yaxud Zəngəzur bölgəsinə aid rayonlardan olan Gorusda qeyri-sabitlik yaratmaqla ümumən Zəngəzur dəhlizinin açılması proseslərinə mənfi təsir etmək ola bilər. Digər tərəfdən neçə ildir ermənilər guya Azərbaycan Ordusunun şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan ərazisinə keçdiyini bəyan edirlər. Həmin istiqamətlərdən biri də guya Gorus-Laçın sərhədində olan mövqelərdir. Ermənistan silahlı qüvvələrinin təxribatları daha çox Gorus istiqamətində həyata keçirməsi, məncə, bu faktorlarla bağlıdır”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button