ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar

ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanatla çıxış ediblər.

Bu barədə Trend ATƏT-in rəsmi saytına istinadən məlumat verir.

Həmsədrlər atəşkəs rejiminin qorunub saxlanılmasını məmnunluqla qeyd edirlər və tərəflər arasında 10 noyabr 2020-ci il tarixində əldə edilən razılaşmanın (Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatı – red.) icrasını yaxından izləyirlər.

Həmsədrlər tərəflərə qalan problemli məsələlərin həlli və davamlı sülhə kömək edən qarşılıqlı etimad mühitinin yaradılması üçün əlavə səylərin göstərilməli olduğunu xatırladıblar. Bunlara, xüsusilə: münaqişə bölgələrinin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi ilə bağlı məsələlər; dini və mədəni irsin saxlanılması və qorunması; və münaqişədən təsirlənən icmalar arasında birbaşa təmasların və əməkdaşlığın qurulması, həmçinin insanlar arasında etimadın möhkəmləndirilməsi üçün digər tədbirlər daxildir.

Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən fəaliyyətlərinə və missiyasının mümükün genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri onun səylərinə tam dəstək göstərməyə çağırıblar. Həmsədrlər, qiymətləndirmə aparmaq üçün bölgəyə, o cümlədən Qarabağ və ətraf rayonlara işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayıblar.

Hamısını Göstər

Related Articles

Back to top button