ATMU-da Narkomaniya ilə bağlı tədbir keçirilib – FOTO

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun baş hüquqşünası Aydın Kərimov narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin fəsadlarını ətraflı izah edib. Hüquqşünas ölkəmizdə narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daim gündəmdə saxlanıldığını qeyd edərək insanların bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərinin əhəmiyyətindən danışıb. O, narkomanlığın müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olduğunu, cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını diqqətə çatdırıb. Həmçinin yeniyetmə və gənclərin sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Tədbir iştirakçıların “Narkomaniya ilə mübarizə” mövzusunda müxtəlif sualları ilə davam edib.

Polise.az



