Avrokomissiya Rusiyaya qarşı 4-cü sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyası martın 12-də Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təqdim etmək niyyətindədir.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
“Biz Rusiyanın təcrid olunması və resurslarının tükənməsi üçün dördüncü tədbirlər paketini təqdim edəcəyik”, – deyə Avropa Komissiyasının rəhbəri bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanı qlobal dünyadan ayırmağa çalışacaq.
Avropa Komissiyasının təklif etdiyi sanksiyalar, xüsusən də Rusiyanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında üzvlüyünün dayandırılmasını, ticarətdə ən əlverişli dövlət rejiminin ləğvini nəzərdə tutur. Həmçinin, sanksiyalar Rusiyaya lüks məhsulların idxalını qadağan edir və ölkə vətəndaşları tərəfindən kriptovalyutaların əldə edilməsini məhdudlaşdırır.