“Avropa İttifaqı bu çətin günlərdə Azarbaycanın yanındadır” – Nümayəndəlik

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Polise.az xəbər verir ki, bu barədə nümayəndəliyin sosial şəbəkə hesablarında paylaşım olunub.
“Qazaxıstanın Aktau șəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə șəfa tapmalarını diləyirik, Avropa İttifaqı bu çətin günlərdə Azarbaycanın yanındadır”, – deyə paylaşımda qeyd edilib.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button