Avropa İttifaqı Putin və onun bəzi məmurlarını həbs etməyə çağırış etdi

“Roma Nizamnaməsini imzalayan üzv-dövlətlər Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs orderlərini icra etməyə borcludur…”

Avropa İttifaqı Roma Nizamnaməsini imzalamış dövlətlərə öz öhdəliklərini icra etməyə çağırış edib. Söhbət Rusiya hakimi Vladimir Putinin həbsindən gedir, axı, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) onun həbsinə order verib.
Moderator.az xəbər verir ki, bu barədə ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında bəyan edilib. Məlumatı “comments.ua” nəşri yayıb.
Avropa İttifaqı Rusiyanın qanunsuz olaraq deportasiya etdiyi ukraynalı uşaqların və digər mülki şəxslərin taleyindən dərin narahatlıq keçirir.
“Avropa İttifaqı növbəti dəfə Rusiya və Belarusa onların Ukraynaya təhlükəsiz qaytarılmasını təmin etməyə çağırış edir”, – bəyanatda deyilir.
Bundan başqa, Avropa İttifaqı “ATƏT-ın özbaşına saxlanılan üç əməkdaşı da daxil olmaqla” Rusiyanın azadlıqdan məhrum etdiyi bütün şəxslərin dərhal azadlığa buraxılmasını tələb edir.
“Biz Beynəlxalq Cinayət Məhkəməsinin altı nəfərin, o cümlədən prezident Putinin qanunsuz deportasiya kimi hərbi cinayətə və ukraynalı uşaqların deportasiya edilməsinə görə həbslərinə verilən orderləri xatırladırıq. Roma Nizamnaməsini imzalayan bütün üzv-dövlətlər Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs orderlərini icra etməyə borcludur”, – ATƏT qeyd edib.
Beynəlxalq Cinayət Məhkəməsini orderləri
Xəbər verildiyi kimi, 2023-cü ilin martında BCM ukraynalı uşaqların qanunsuz deportasiyasına görə prezident Putin və uşaqların hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbslərinə orderlər verib.
İyunun 25-də BCM 2022-ci ilin payızından başlanan Ukraynanın energetika obyektlərinə zərbələrdə əli olan Şoyqu və Gerasimovun həbslərinə orderlər verib. Bu zərbələr Ukraynanın mülki əhalisinə qarşı yönəlib, deməli, hərbi cinayət və insanlığa qarşı cinayətlər əlamətlərini özündə ehtiva edir.
Bu yaxınlarda Putin Roma Nizamnaməsini imzalamış Monqolustana səfər edib, lakin cinayətkar həbs edilməyib.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button