Avropa Komissiyasının prezidenti: Ukrayna azad olunana qədər onun yanında olacağıq

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukraynaya gedib.

Polise.az  xəbər verir ki, o bu barədə “X”də yazıb.

U.Lyayen bildirib ki, səfər Şərqi Avropada davam edən müharibənin ikinci ili ilə bağlıdır: “Bu, həm də Ukrayna xalqının qeyri-adi müqavimətini qeyd etmək üçündür. Biz iqtisadi, hərbi və mənəvi cəhətdən həmişəkindən daha çox Kiyevin yanındayıq”.

“Ukrayna azad olana qədər onun yanında olacağıq”, – o qeyd edib.

Xatırladaq ki, bu gün Ukraynadakı müharibənin ikinci ildönümü tamam olur. Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button