Avropa liderləri Trampın Ukrayna planını müzakirə edəcək

Avropa ölkələrinin liderləri Cənubi Afrikada keçiriləcək G20 sammitində ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna üzrə təklif etdiyi planı müzakirə edəcəklər.
Polise.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer “Reuters” agentliyinə açıqlamasında deyib.
Starmerin sözlərinə görə, Ukraynanın dostları və tərəfdaşları planın gücləndirilməsi imkanlarını araşdırmağı planlaşdırır. O əlavə edib ki, London Vaşinqton və Kiyevlə sıx koordinasiyanı davam etdirəcək.
G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək.
Polise.az



