Avropa özünün hərbi peyk şəbəkəsini yaradır

“Avropa İttifaqı özünün hərbi kəşfiyyat peyklərini yaradacaq”.
Polise.az xəbər verir ki, bu barədə Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius “Financial Times” nəşrinə danışıb.
“Avropa Komissiyası təhlükəsizlik geoməkan yaratmaq üçün hərbi peyk imkanlarını genişləndirməyi düşünür” – komissar deyib.
Onun sözlərinə görə, bu, geosiyasi vəziyyətin dəyişməsi ilə bağlıdır. O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarı Aİ-ni bu istiqamətdə səylərini artırmağa sövq edib .
Polise.az