Avropa Parlamenti Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasını dəstəkləyib

Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti ilə bağlı qətnamə qəbul ediblər.

Polise.az  TASS-a istinadən xəbər verir ki, Strasburqda keçirilən plenar iclasın sessiyası parlamentin saytında yayımlanıb.

“Avropa Parlamenti Aİ Şurasını 2023-cü il dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırır”, – qətnamənin mətnində deyilir.

Avropa Parlamentinin üzvləri eyni zamanda Bosniya və Herseqovina ilə də oxşar danışıqların başlanmasına çağırıblar.

Həmçinin onlar müəyyən tədbirlərin görülməsi şərti ilə Gürcüstana Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusunun verilməsinə dair çağırış ediblər.

Digət tərəfdən, avroparlamentarilər Ermənistan hökumətinin Aİ-yə yaxınlaşmağa hazır olmasını alqışlayıb AK-dən İrəvan üçün ikitərəfli münasibətlərdə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişindən kənara çıxmaq imkanlarını nəzərdən keçirməyi xahiş edibər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button