Avropada ilk: Bu ölkə ABŞ-ı təhdid mənbəyi kimi göstərdi

Danimarka hərbi kəşfiyyatı ABŞ-ın Avropa təhlükəsizliyinin təmin edilməsindəki rolunu şübhə altına alaraq onu təhlükə mənbəyi kimi qeyd edib.
Musavat.com xəbər verir ki, bu mövqe qurumun illik açıqlamasında əksini tapıb: “ABŞ yüksək tariflərlə təhdid etməklə iqtisadi gücdən öz iradəsini tətbiq etmək üçün istifadə edir və artıq müttəfiqlərinə qarşı belə hərbi gücdən istifadəni istisna etmir”.
Hesabatda qeyd olunur ki, ABŞ-ın Avropa təhlükəsizliyinin qarantı kimi rolu ilə bağlı qeyri-müəyyənlik mövcuddur.
Agentlik həmçinin Arktikada artan rəqabəti, xüsusən də Vaşinqtonun Qrenlandiyaya marağı səbəbindən qeyd edib. Ölkənin kəşfiyyat agentliyi qeyd edib ki, “bu cür diqqət casusluq və Danimarka Krallığının bütün hissələrinə daha çox təsir göstərmək cəhdləri təhlükəsini artırır”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirib. O, adadan imtina etməsə, Danimarkaya yüksək ticarət tarifləri tətbiq etməklə hədələyib.
Polise.az



