Avstriya: Avropanın Ukraynaya yardımı ABŞ-nin köməyindən çoxdur

Avstriyanın federal kansleri vəzifəsini icra edən və xarici işlər naziri Aleksander Şallenberqin sözlərinə görə, Avropa İttifaqı Ukraynaya ABŞ-dən daha çox kömək edir.

“Report”un məlumatına görə, o, bu barədə fikirlərini “Die Presse” qəzetinə müsahibəsində bölüşüb.

“Aİ Ukrayna üçün ABŞ-dən qat-qat artıq işlər görür. O cümlədən hərbi yardım baxımından. “Gəlin təvazökar olmayaq”, – o deyib.

Atəşkəslə bağlı razılaşmalar əldə edildikdən sonra Ukraynanın təhlükəsizlik zəmanəti Çin, Braziliya və Hindistan kimi ölkələr tərəfindən verilməlidir. O, Rusiyanın 200 milyard avro dəyərində dondurulmuş aktivlərini Avropadakı vəziyyətə təsir rıçaqları adlandırıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button