Avtomobil qaçıran şəxs tutuldu

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aprelin 12-də Qala qəsəbə sakini M.İmaməddinovun “Mercedes” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ülvi Abbasov və Süleyman Qasımov avtomobillə birlikdə saxlanılmışlar.
Xəzər RPİ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button