Avtomobil qaçıran şəxslər müəyyən edilərək saxlanılıblar

Şirvan ŞPŞ-yə mayın 7-də saat 6 radələrində şəhər sakini M.Mustafayevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olomuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini A.Cahangirov avtomobillə birə saxlanılmışdır.

Qax RPŞ-yə mayın 7-də şəhər ərazisindən E.Ağayevə məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz İsmayılzadə şəhər ərazisində avtomobillə birgə saxlanılmışdır.

Balakən RPŞ-yə mayın 7-də şəhər ərazisindən Şəki rayon sakini S.Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Balakən şəhər sakini Tehran Həsənov müəyyən edilərək saxlanılmışdır.

Hər üç faktla bağlı araşdırma aparllır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button