Avtomobil qaçıran şəxslər saxlanılıblar

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə mayın 9-da saat 4 radələrində Hökməli qəsəbəsindən R.Misirovun “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Gədəbəy rayon sakini O.Gülməmmədov tərəfindən qaçırılması müəyyən edilmiş və o, Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılmışdır.

Abşeron Rayon Polis İdarəsinə mayın 5-nə keçən gecə Pirəkəşkül qəsəbəsindən qəsəbə sakini N.Xanlarovun “VAZ-21099” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini İ.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Salyan Rayon Polis Şöbəsinə mayın 5-də şəhər ərazisindən A.Baxışovun “Toyota” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini P.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Hər üç faktla bağlı rayon polis şöbələrində araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button