Avtomobili aşırdı, qəzada anası öldü
Mayın 10-da saat 13 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində rayon sakini B.Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



