Avtomobili müəyyən edilməmiş avtomobillə vurub qaçan şəxs saxlanıldı
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aprelin 28-də Bakı şəhər sakini Y.Xələfovun idarə etdiyi “Volkswagen” markalı avtomobilin müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəsarət almış avtomobildə olan qızına xəstəxanada ilkin tibbi yardım göstərilməsi barədə məlumat daxil olmuşdur.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Fədakar Mürşüdov saxlanılmışdır.
Araşdırma aparılır.



