Avtomobili oğurlayan şəxs saxlanıldı

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə Binə qəsəbəsi ərazisindən qəsəbə sakini F.Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qəsəbə ərazisində maqnitofonu, səs gücləndiriciləri və pərdələri oğurlanmış vəziyyətdə tapılmışdır.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fərrux Bayramov müəyyən olunaraq saxlanılmışdır.

Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button