Ayasofya ilə bağlı yenilik – İlk dəfə…
Türkiyənin məşhur Ayasofya məscidinin bəzi hissələri ilk dəfə ziyarətçilərin istifadəsinə veriləcək.
Polise.az xəbər verir ki, Ayasofya Elmi Şurasının üzvü Həsən Fırat Dikər yeraltı Ayasofyanın əsrlərdir baxımsız qalan gözəllikləri və arxeoloji tapıntılarının ictimaiyyətə təqdim olunacağını açıqlayıb.
Onun sözlərinə görə, tarixi binanın altındakı tikililər, tunellər, zirzəmilər, dəhlizlər və üç otaqlı yeraltı türbənin təmizlik işlərindən sonra ziyarətçilərin istifadəsinə verilməsi gündəmdədir. Hazırda həmin yeraltı ərazidə vizuallaşdırma işlərinin aparıldığı, yeraltı strukturların təmizlənməsinə başlanıldığı bildirilir.
Polise.az