Aydın Quliyev: “Putin Əsədi Suriyaya təhvil verməlidir”
“Əsəd Suriya xalqının öz mühakiməsinə verilməlidir. Putinin onu himayə etməyə heç bir haqqı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu fikirlər politoloq Aydın Quliyevə məxsusdur.
Onun sözlərinə görə, “bədheybəti xatırladan “Sedneya” həbsxanasının qaniçən Əsəd rejimi tərəfindən əslində kütləvi yeraltı qətl konveyeri kimi işlədildiyini sübut edən kadrlar çox şeydən xəbər verir: “O kadrla baxdıqca bir daha əminlik yaranır ki, Əsəd manyak bir qaniçən imiş, onun insanlığa qarşı cinayətləri bağışlanmazdır. Əsədi bu gün himayə edənlər, Rusiya olsun, İran olsun, onun böyük cinayətlərinin ortağına çevrilirlər. İnsanları həbsxanada adi şalbandan taxta çəkən elektromişarla doğramağın adı nədir? Belə bir qaniçəni himayə edənlərə necə haqq vermək olar?!
Politoloq bildirdi ki, Əsəd Şama qaytarılmalı, Suriya xalqının ədalət mühakiməsinə verilməlidir: “Yaxın tarixə baxaq. Qəddafini Liviya xalqının özü mühakimə etdi, Mübarəki Misir xalqı özü cəzalandırdı, Bin Əlini Tunis xalqı özü ittiham etdi, Səddamı İraq xalqı özü cəzalandırdı, Kreml Əsədi niyə himayə etməlidir, niyə onu Suriya xalqının ittihamına təhvil verməməlidir?
Putinin Əsədi himayə etdiyi hər bir gün onun özü üçün çətinlik yaradır və yaradacaq”.
Polise.az