Azərbaycanla Monteneqro arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
![](/wp-content/uploads/2024/04/2fb59e03-2362-321d-9d32-3dabba9731b6_850-780x470.jpg)
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Monteneqronun XİN başçısı Filip İvanoviç ilə görüşüb.
Polise.az xəbər verir ki, bu barədə Monteneqro XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və xüsusilə enerji, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Polise.az