Azərbaycan əsgərləri Türkiyədə minaaxtarma təlimlərində

Türkiyə Silahlı Qüvvələri bir çox xarici ölkənin ordusuna hərbi təlim keçir. Bu ölkələrdən biri də qardaş ölkə Azərbaycandır.

Bu barədə “TRT Haber”in hazırladığı reportajda qeyd edilir.

Təlimlər müasir və üstün texnologiya ilə təchiz edilmiş son robot sistemləri, detektorlar və çətin ərazi şəraitində mina axtarma itlərinin komandası ilə həyata keçirilir.

Şüarı “99 faiz müvəffəqiyyət fəlakətdir” olan METI komandasının məqsədi həm döyüş sahəsində, həm də məşqdə 100 faiz müvəffəqiyyət əldə etməkdir. Azərbaycan əsgərləri də eyni prinsip üzrə təlim alırlar.

Türkiyə və Azərbaycan əsgərləri böyük koordinasiyada hərəkət edirlər. 

İzmirdə təlimlərin 8 həftə davam edəcəyi bildirilir.

Hamısını Göstər

Related Articles

Back to top button