Azərbaycan alimi “Çingiz Aytmatov” qızıl qələm medalına layiq görülüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) Qırğız Respublikası Elm-Təhsil və Peşə Akademiyası tərəfindən “Çingiz Aytmatov” qızıl qələm medalı ilə təltif edilib.

Polise.az  xəbər verir ki, o, beynəlxalq elm, təhsil və dostluq əlaqələrinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.

Nəvaişünas alim Almaz Ülvi Binnətova otuz ildən artıqdır ki, özbək ədəbiyyatı sahəsində tədqiqatlar aparır. Bu istiqamətdə 25-dən artıq kitabın müəllifidir və 360-dan çox elmi məqaləsi işıq üzü görüb. Özbəkistan Prezidentinin Fərmanına əsasən “Dostluq” ordeni ilə təltif olunub. Almaz Ülvi Binnətova daha əvvəl Qazaxıstanın “Xalqlar dostluğu” medalına layiq görülüb, “Qazaxıstan Dünya Talantları Təşkilatı” və Qırğızıstanın “Qırğız Akın-Yazıçıları” İctimai Fondu tərəfindən təltif edilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button