Azərbaycan filmi Buddist Beynəlxalq Kinofestivalında Qran-Priyə layiq görülüb
Rusiya-Azərbaycan filmi kimi qeyd edilən “Şalğam tarlasında torağaylar” adlı ekran əsəri (rejissor Kseniya Laqutina) Tıva Respublikasının Kızıl şəhərində keçirilən Buddist Beynəlxalq Kinofestivalında Qran-Priyə layiq görülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kinofestivalın prezidenti Vitali Petrov bildirib.
V.Petrovun sözlərinə görə, Tıvadan olan Orlan Oyun ən yaxşı rejissor seçilib və Qırğızıstandan olan “Yer” filminə isə münsiflər heyətinin xüsusi mükafatı verilib.
Buddist Beynəlxalq Kinofestivalı 2022-ci ildən Tıva Respublikasının Kamba-lama regional hökuməti və idarəçiliyinin dəstəyi ilə Tıvada keçirilir.
Polise.az