Azərbaycan ilə Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

Nazirliyin mətbuat xidmətindən  Polise.az -a bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button