Azərbaycan Minsk qrupuna pul ayrılmasını dayandırmağı tələb edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov 5-6 dekabrda Maltada ATƏT Nazirlər Şurasının iclasına qatıla bilər. Bu gerçəkləşsə, Ukraynada savaş başlayandan bəri və sanksiyalar dönəmində Lavrovun Aİ ölkəsinə ilk səfəri olacaq. Səfər baş tutarsa, Qərb dövlətlərinin rəsmi Moskva ilə getdikcə artan diplomatik təmasları fonunda gerçəkləşəcək.

Ötən il Şimali Makedoniyadakı iclasa 90 nəfərlik nümayəndə heyətiylə yollanan Lavrov bu dəfə maksimum altı şəxsi yetərli saya bilər. Rəsmi nahara dəvət edilən rusiyalı nazir Ukrayna müharibəsinə həsr olunan axşam yeməyinə buraxılmayacaq.

Rəsmi tədbirdə dördüncü çıxış edəcək Rusiya nümayəndəsi söz alarkən, ötən il Skopyedə olduğu kimi, digər nümayəndələr zalı nümayişkaranə şəkildə tərk edə bilərlər.

Gələn il ATƏT-ə Finlandiya sədrlik edəcək. Sonrakı 2026 və 2027-ci illərdə sədrliyə İsveçrə, Türkiyə, Mərkəzi Asiya ölkələri və ya Avropanın San-Marino və Lixtenşteyn kimi çırtdan ölkələrinin adı çəkilir. Rəsmi Ankara 2010-cu ildən bəri İstanbulda baş tutmayan ATƏT sammitinin həmin şəhərdə keçirilməsini də təklif edə bilər.

Gələn ilin büdcəsi builkindən 20 milyon çox, 158 milyon avro həcmində müəyyənləşdirilib. İclasda Azərbaycan artıq 4 ildir ki, fəaliyyət göstərməyən ATƏT-ın Minsk qrupuna maliyyə ayrılmamasını tələb edə bilər.

İclasda ATƏT-ın baş katibi, DTİHB, Milli Azlıqlar üzrə Ali Komissarın Ofisi və Media azadlıqları üzrə Nümayəndəliyin rəhbəri vəzifələrinə yeni təyinatlar gözlənilir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button