Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov qazaxıstanlı həmkarı Dauren Kosanova başsağlığı ünvanlayıb.

Polise.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Başsağlığında deyilir: “Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm.

Allah rəhmət eləsin!”

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button