Azərbaycan Ordusu Türkiyədə təlimdə iştirak edəcək

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

Hamısını Göstər

Related Articles

Back to top button