Azərbaycan ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə “silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində” həlak olub. Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə yazılanlara görə əsgər Qusar rayonundan hərbi xidmətə çağırılıb və 8 aydır xidmət edirdi. Onun hansı istiqamətdə həlak olduğu haqda heç nə deyilmir. Qeyd edək ki, son günlər Ermənistanla dövlət sərhədinin Kəlbəcər istiqamətində tez-tez atışmalar baş verir.

Hamısını Göstər

Related Articles

Back to top button