Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu minaya düşüb

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu – Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

Hamısını Göstər

Related Articles

Back to top button