Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

“Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button