Azərbaycan-Özbəkistan Media Forumu: münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün intellektual platforma – ŞƏRH

Möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri hər gün yeni məzmunla zənginləşir. İki dövləti çox qədim zamanlardan ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir. Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib, bu gün isə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin mahir siyasəti, eləcə də onların şəxsi dostluğu və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da inkişaf edib. Ümumi maraq və dəyərlər ətrafında sıx birləşən Azərbaycan-Özbəkistan münasibətləri prezidentlərin sayəsində günbəgün artır və güclənir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “bizim münasibətlərimiz artıq yeni səviyyəyə yüksəlib – bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir”.

Bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik münasibətləri var və bu ölkələrdən biri də Özbəkistandır. Bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. İkitərəfli əlaqələrin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır. Hər iki ölkə ümumi maraq və dəyərlər ətrafında sıx birləşərək, münasibətlərin daha da inkişafı yolunda addımlayır.

Qardaş xalqlar arasında dostluğun, sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edən bütün təşəbbüslər olduqca yüksək rəğbətə, mühüm dəyərə malikdir. Bu mühüm missiyanın daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət strategiyası Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv təşkil edir. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bu gün Türk dünyasının daha da birləşməsinin şahidi oluruq. Bu, həm də ümummilli iradənin həyata keçirilməsi deməkdir.

Azərbaycanın Özbəkistanla münasibətlərinin ayrıca xüsusi incə xətlə inkişafı, tarixi, dini, mədəni, mənəvi keçmişə istinad əsasında qurulan, müasir, qlobal əhəmiyyətli ideya və fikir yükü ilə zəngin olan bu münasibətlər gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edəcək. Belə ki, Özbəkistanın TDT-yə üzvlüyü 2018-ci ildə elə məhz Bakıda reallaşanda bu, Azərbaycanın rəsmi Daşkəndə münasibətinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərirdi. Azərbaycan Prezidentinin Daşkənddə imzaladığı 20 istiqamət üzrə əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin inkişafına, xüsusilə iqtisadi münasibətlərdə artıma, investisiya, ticarət imkanlarının genişlənməsinə xidmət edir. Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin görüşündə “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edilib.

Təqdirəlayiq haldır ki, bütün sahələrdə inkişaf edən Azərbaycan-Özbəkistan münasibətləri qardaş ölkələrin mediasını da əhatə edir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button