Azərbaycan Özbəkistanda keçiriləcək Beynəlxalq Turizm Sərgisinə qatılacaq

Azərbaycan noyabrın 21-23-də Özbəkistanda keçiriləcək Daşkənd Beynəlxalq Turizm Sərgisində (TİTF) iştirak edəcək.

“Polise.az” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərgidə Azərbaycanın turizm potensialı və imkanları tanıdılacaq.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana Özbəkistandan təxminən 30 min turist gəlib ki, bu da illik müqayisədə 20,9 % çoxdur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button