Azərbaycan Polisi 106 yaşında
![](/wp-content/uploads/2024/07/55bb3c77-72bb-3d38-bf97-3dce56090a49_850-780x470.jpg)
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib.
“Report” xəbər verir ki, videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb:
“Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!”
Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür.
Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Videoçarxı təqdim edirik: