Azərbaycan Polisi 107 yaşında!

Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının əziz Polis Əməkdaşları!

Sizi,2 iyul-peşə bayramınız – Azərbaycan Polisi Günü münasibətilə ürəkdən təbrik edir, ölkə vətəndaşlarının əmniyyəti,amanlığı, dövlətimizin təhlükəsizliyi və qanunçuluğun qorunması naminə göstərdiyiniz əzmkarlığa və fədakar xidmətlərinizə görə dərin minnətdarlığımızı bildiririk.

Cinayətkarlıqla mübarizədə prinsipal,məsuliyyətli və şərəfli fəaliyyətiniz sayəsində ölkədə sabitlik dayanıqlı, ictimai təhlükəsizlik və asayiş təmin olunur.

Hüquq-mühafizə sisteminin əsas dayaqlarından sayılan Azərbaycan Polisinin peşəkarlığı və vətənpərvərliyi daim yüksək məmnunluqla qarşılanır,qiymətləndirilir.

Bu əlamətdar gündə Sizə bir daha möhkəm can sağlığı, ailə səadəti və şərəfli,lakin çətin xidmətinizdə yeni-yeni nailiyyətlər,uğurlar arzulayırıq.

Əziz əməkdaşlar,hər zaman dövlətin və xalqın göstərdiyi etimadını və etibarını doğruldun,uca tutun!

Peşə bayramınız bir daha mübarək olsun!
Tanrı Sizə dayaq olsun!

Hər birinizə hörmət və ehtiramla,
“Polisə Dəstək”ictimai birliyin sədri, Polise.az xəbər saytının təsisçisi
Şəmsəddin Əliyev

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button