Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

Respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağdam rayonunda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Rayonun polis işçiləri Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan polisinin keçdiyi çətin və şərəfli yoldan bəhs olunub. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında həyata keçirilən tədbirlərdən, dahi rəhbərin ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında məsuliyyətli və şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlməsindən, dövlət başçısının göstərdiyi etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultmalarından bəhs edilib.

Çıxışlardan sonra xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button