Azərbaycan Polisinin fərqi aydın sezilir
Azərbaycan Polisinin müstəqilliyimizlə yaşı dolan təqribən 102 illik fəaliyyəti ən müxtəlif dönəmlərdə ciddi dəyişikliklərlə yadda qalıb.İslahat əhəmiyyət kəsb edən bu dəyişikliklər daha çox 1994-1999-cü, ondan sonrakı illər də daxil olmaqla bu günümüzədək olan dövrü əhatə etməkdədir. Ümummilli liderimizin rəhbərliyi altında, 1994-cü ilin aprelində cənab Ramil Usubovun ölkənin daxili işlər naziri vəzifəsinə təyinatından sonra başlamış bu islahatlar həmçinin hazırda daxili işlər orqanlarına rəhbərlik edən general-polkovnik Vilayət Eyvazovun xidmətə başladığı dövr kimi də yadda qalandır. Bu islahatların minlərlə iştirakçısından biri kimi o, daxili işlər orqanlarının əməliyyat aparatında-cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə çalışmış, əvvəlcə DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, sonralar, 2001-2005-ci illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində dövlətə, dövlətçiliyə, Ulu Öndər Heydər Əliyevin, müstəqillik ideallarına, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü fəal hüquq-mühafizə siyasətinin reallaşmasına sədaqətlə, layiqincə xidmət etmişdir. Sonrası daha çox diqqət çəkir. Yüksək təşkilatçılıq bacarığı, peşəkar fəaliyyəti, vəzifə funksiyalarına prinsipallıqla yanaşması, vətənə, dövlətə, xidməti anda sədaqəti, ekstremal hallarda, dövlətçilik üçün həlledici anlarda doğru qərar vermək bacarığı, liderlik qabiliyyəti, alturistik mövqe onun xidməti pillələrdə sürətlə irəli çəkilməsinə imkan vermişdir.
Bu gün Vilayət Eyvazovun rəhbərlik etdiyi Azərbaycan Polisi xidməti fəaliyyəti,prinsipallığı və qətiyyətliliyi,dövlətin iqtisadi-siyasimaraqlarını,xalqın təhlükəsizliyinivə dövlətçiliyihər şeydən uca tutmaqla müstəqilliyimizin, müstəqil siyasət yeritməyimizin mübariz keşikçisinə çevrilmişdir. Daxili işlər orqanlarının dövlətçilik maraqlarını, dövlətin və vətəndaşların qanuni mənafelərini qətiyyətlə qoruması, cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi ilə bağlı prinsipial mövqeyi Azərbaycanda sabitliyi və davamlı inkişafı şərtləndirən əsas amillərdəndir.
2000-ci illərin əvvəllərində dövlətçiliyə qarşı cinayətkar ünsürlərin və qaragüruhun təxribatçı hərəkətlərinin, onların xaos, anarxiya yaradaraq kütləvi iğtişaşlar törətmək, hakimiyyətin yenidən qəsb olunması cəhdləri edilirdi. Aparılan təhlillər göstərir ki, dövlətçilik, müstəqillik üçün həmin taleyüklü anlarda məhz daxili işlər orqanlarınınqətiyyətli, cəsarətli addımlarıhadisələrin axarının qanuni məcraya, hüquq müstəviyə keçirilməsində əhəmiyyətli rol oynamışdır. Ondan sonra baş verən,postsovet məkanının ilk Maydan-Gürcüstan və Ukraynadakı hadisələri dünyada ciddi rezonansa, etirazlara səbəb oldu vədaha çox qınaq doğurdu.Ölkə rəhbərliyinin uzaqgörənliyi, müdrikliyi, hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan Polisinin sərt və qətiyyətli addımları isə gənc dövlətimizi növbəti çətin imtahandan şərəflə, ləyaqətlə çıxardı.
Cinayətkarlıqla mübarizə aparmaq, ictimai asayişi və təhlükəsizliyi qorumaq bütün dünyada polisin vəzifə funksiyalarına daxildir. Bunun üçün onlara qanunla səlahiyyətlər verilib ki, yeri gələrsə zor tətbiq etsinlər, silahdan istifadə etmək kimi ən təbii hüquqlarından yararlansınlar. Amma, yeri gələrsə… Əslində dünya polisini birləşdirən ümumi cəhətlər məhz bu yerdən sonra ayrılır, daha doğrusu, polisin davranışına münasibətdə ikili standartlar bundan sonra özünü büruzə verir.
Son illərin təcrübəsi göstərir ki, hər hansı bir dövlətə təzyiq göstərmək, istədiklərini qoparmaq üçün polisin davranışına don geyindirib gündəmə gətirməkdən çox tez-tez istifadə edilir. Belə anlaşılır ki, kimsə “ögey” dövlətlərdə polis – vətəndaş münasibətlərini təftiş edir, “doğmalar” isə elementar tənqiddən belə uzaq tutulur. Bu təzadlı münasibəti görmək üçün iki əsrlik “demokratiya yolu” keçən ABŞ Polisi ilə yenicə müstəqilliyini bərpa edən Azərbaycan Polisinin təkcə son illərdəki fəaliyyətinin müqayisəli təhlilini aparmaq da kifayət edir.
Bir neçə gün əvvəl ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə səbəb olan polisin vətəndaşa münasibəti şəhərdə toqquşmalara, sərt etirazlara gətirib çıxarıb. Yayılan videogörüntüdə polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boğazını sıxması əks olunur. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb.Polis əməkdaşlarının, yüngül desək, bu qeyri-adekvat davranışı ucbatından şəhərdə başlayan toqquşmaların qarşısını almaq üçün sizcə polis gücdən hansı həddədəlkistifadə edir?
Sualın cavabını artıqBirləşmiş Ştatların bir neçə şəhərini də əhatə edən icazəsiz aksiyaları dağıdan elə Amerika Polisinin özü verir. Polis dəyənəyini işə salır, gözyaşardıcı qazlardan istifadə edir, su şırnaqları ilə nümayişçiləri dağıdır, həbs edir. Əslində dövlət və şəxsi əmlaka ziyan vurulduğu halda, Avropa ölkələrinin polisi də heç səbirli davranmır.
Bizi də digər Azərbaycan vətəndaşları kimi narahat edən bu məqamdır. Maraqlı çevrələrin ictimai qaydanı qorumaq və təhlükəsizliyin mühafizəsi zamanı Azərbaycan Polisinin bəzi rəhbər vəzifəli əməkdaşlarınıhərəkətlərinə görə cəzalandırılması tələbi ilə çıxış etmələri riyakar yanaşmanı gözlər önünə gətirir və heç şübhəsiz, ikrah hissi doğurur.
Yenə bənzər faktlara diqqət edək. 10 il ötdükdən sonra azərbaycanlılara da yaxşı tanış olan Klivlend şəhərində elə bir hadisə baş verdi ki, bunu nəinki Dövlət Departamenti, hətta heç ABŞ-ın Maliyyə Nazirliyi də nədənsə “sezmədi”.
2013-cü il iyunun 23-də amerikalı polis ABŞ vətəndaşı Qreqori Lavinin avtomobilinə yaxınlaşır. Lavin nə etmişdi, günahı nə idi? O,terror aktı törətməyə cəhd etmişdi, yoxsaRusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlıqda şübhəli bilinirdi? Yox! Lavin sadəcə yol hərəkəti qaydalarını pozmuşdu,polisə müqavimət də göstərməmişdi. Sonuncularla yalnız haqlı olduğu,polisin isə haqsız olduğu barədə mübahisə etmişdi.Dəyərli oxucular,sonra bilirsinizmi nə baş verdi? 200 illik dövlətin “demokratik”prinsiplərlə işləyən polisitabel silahını çıxarıb Lavinin sinəsinə atəş açır…
Bu qanlı hadisə nə Helsinki Aktının müdafiəsində dayanan ATƏT-in, yaxud digər beynəlxalq təşkilatların hesabatlarında əks olunmadı, Dövlət Departamenti də faktın üzərindən sükutla keçdi. Amerikalı polisin günün günorta çağı törətdiyi qətl ABŞ Helsinki Komissiyasının da diqqətini nədənsə cəlb etmədi.Allahın yaratdığı möcüzəli varlığa olan möcüzəli yanaşma.CİNAYƏT VAR,CƏZA YOXDUR! Belə-belə işlər…
Bizim polisimizlə (bizim adlandırmağa haqqımız var) Amerika və Avropa Polisini fərqləndirən cəhətlər çoxdur. Başqa nümunə:Təxminən bir neçə il bundan öncə Dövlət Departamenti və Helsinki Komissiyası 13 azərbaycanlı “siyasi məhbus”a hayqıraraq azadlıq tələb edəndə yadımıza yenə Birləşmiş Ştatlarda baş vermiş bir hadisə düşdü. 2012-ci ilin29 noyabrında Klivlend şəhərində 13 ağdərili polis əməkdaşı içində silahsız afroamerikalılar -Timoti Rassel və Malissa Uilyamsın olduğuavtomaşını təqib etdikdən sonra güllə yağışına tuturlar. Açılan 137 güllə nəticəsində Timoti ilə Malissanın cəsədləri tanınmaz hala salınmışdı. Bu,insanlıq əleyhinə olan xüsusilə ağır və xüsusi amansızlıqla törədilən beynəlxalq cinayət idi! Polisin belə hərəkəti əslində qaradərilərə qarşı vəhşilik, ayrıseçkilik aktı kimi dəyərləndirilməlidir. Çox təəssüf ki, həmin polislər əməllərinə görə cəzalandırılmadılar. Beynəlxalq ictimaiyyət,daha çox amerikalı hüquq müdafiəçilər səslərini ucaltmadılar. Çünki söhbət Amerikadan gedirdi… ”MİXAYLO ŞƏHƏRDƏDİR,” ehtiyatlı olun!…
Bir nümunə də var: ABŞ Polisi ötən il noyabrın 23-də yenə həmin Klivlenddə 12 yaşlı qaradərili uşaq Tamir Raysini güllələmişdi.Sən demə oyuncaq tapança ilə ictimai yerdə gəzmək olmazmış. Raysinin əlindəki də oyuncaq tapança imiş. “Polis güman edib ki,silah həqiqi odlu silahdır”. Beləcə sosial ədaləti bərpa etməli olan, dünyanın guya“ədalətli və humanist” sandığı andlılar məhkəməsi də polislərə-qanuni canilərə bəraət verib …
Azərbaycanın cinayət qanunvericiliyinə görə 14 yaşına qədər olan şəxslər cinayətlərin sübyekti sayılmırlar. Baxın,Azərbaycanın cinayət qanunvericiliyi də Amerikan qanunlarından humanist imiş…
Polis əməkdaşlarının yeniyetmələrə münasibətinə dair daha bir fakt. Yenə ötən il dekabrın 7-də Arizona ştatında yerli polis evdən qaçan 15 yaşlı qaradərili qıza qarşı fiziki zor tətbiq edərək onu boğmağa cəhd edib. Təsadüfnəticəsində yoldan keçən adamların çəkdiyi videogörüntülərdən də görünür ki, köməksiz vəziyyətdə olan qız haray qoparır, imdad diləyir, polisə yalvararaq onu buraxmağı xahiş edir, amma bu yalvarışlar amerikalı polismenə təsir etmir… Qız az qala boğulur, son nəfəsini alıb-verir, can istəyirmiş kimi çabalayır, isterik vəziyyətdə ümidsizcəsinə əl-qol atır, amma bunlar əməkdaşın vecinə də deyil. Amerikalı polislər dünyada vəhşiləşmiş obrazlarını artıq yaradıblar. Hökumət isə susaraq öz vətəndaşlarının qayğılarına qalmır, etirazlarına məhəl qoymur,polisin həddini aşmasına isə göz yumur.
Analitiklər qeyd edirlər ki, təkcə Nyu-York şəhərinin sakinləri 2013-cü il ərzində polisin qanunsuz hərəkətləri ilə bağlı məhkəmələrə 9500 iddia ərizəsilə müraciət ediblər. Lakin sosial ədalətin bərpa olunmasına dair hər hansı bir məlumat yoxdur.
Oxucuların nəzərinə çatdırmaq istərdik ki, ABŞ-da total polis özbaşınalığı Ferqyusson hadisələrində özünün pik həddinə çatdı. Ferqyusson hadisələri göstərdi ki, Azərbaycan Polisi keçmişdə qalan hərəkətlərində hər hansı bir səlahiyyət həddini aşmalara-vəzifə səhvlərinə yol verməyib, əslində elə amerikalı polismenlər özləri cümlə-aləmə”diktə” etdiyi qanunlara uyğun davranıblar.
ABŞ-da polis özbaşınalıqlarının qurbanına çevrilən, başqa irqə mənsub adamların qətlinə görə cəzalandırılanlar olmadı! Bunlara kim,hansı dövlət irad tutmalıdır?!
Bəlkə də yaxşı nümunə deyil. Amma,pis vərdişlər, pis nümunələr alaq otları tək tez yayılır, pandemiya kimi tez yoluxdurur! Məgər,elə deyil?!
Ötən illərdə Bakının Azadlıq meydanında Azərbaycan Polisinin və onun yüksək rütbəli zabitlərinin də iştirak etdiy mitinqi,xalqın əmniyyətinə cavabdehlik daşıyan əməkdaşların xidmətlərini xatırlayırıq. Azərbaycanlı polislər Feryussonda olduğu kimi idarəolunmaz kütləyə qarşı zor tətbiq etməmişdilər. Amerika polislərindən fərqli olaraq azərbaycanlı asayiş keşikçiləri heç kimidə öldürməmişdilər! Həddini aşan və ictimai qaydalara təhlükə yaradan nümayişçilərə atəş də açmamışdılar! Silahsız insanların qanını tökməmişdilər!…
Amma, o zaman özlərini dünyada demokratiyanın “yeganə cəfakeşi və qoruyucusu” sayan bəzi dairələr başqa cür düşünür, Prezident İlham Əliyevdən onları cəzalandırmağı tələb edirdi. Sual olunur: Dövlət Departamenti hələ B.Obamanın vaxtında Daniel Pantaleonu cəzalandırmağı prezidentdən niyə tələb etmirdi?
ABŞ hökuməti öz ruporu kimi qabağa verdiyi “şirin əkizlər”in – Psaki-Harf cütlüyünün dili ilə Azərbaycan hökumətini demək olar ki, hər gün tənqid edib onu insan haqlarını pozmaqda suçlayırdı. Görün, Azərbaycanı nədə ittiham edirlər? ABŞ hökumətinin məxfi şəbəkəsində agentə xas xidmətçiyə çevrilmiş şəxslərin həbsində! Ayıbdır! Bəli, insan hüquq və azadlıqları təkcə bir dövlətin daxili işi deyil. Lazım gələrsə, beynəlxalq normalarla mühafizə olunur. Amma,ölkədə çoxlu sayda insanların hüquq və azadlıqlarına təhlükə yaranırsa və bu hal vətəndaş itaətsizliyinə gətirib çıxarırsa, dövlət necə davranmalıdır? Nəzarətdən çıxan situasiyanı taleyin və yaxud zamanın axarınamı buraxmalıdır?
Gəlin bir anlığa fərz edək ki, haqlı tənqiddir və Azərbaycandakı 5-6 agentinin taleyindən narahat olan amerikalı məmurların səmimiyyətinə, mərhəmətinə və humanistliyinə bir anlığa inanaq.
Amma bir suala da cavab vermək lazım gəlir: Həmin bu amerikalı məmurlar zavallı qaradərili astmatik Erik Qarneri, diabetik Yunusun həbsindən elə bir neçə gün öncə güllələyib öldürən ağdərili polis Daniel Pantaleonu cəzalandırmağı vaxtilə öz hökumətlərindən və Obamadan niyə tələb etmədilər? Yunusun həyatı bu məmurlardan ötrü Qarnerin həyatından doğrudanmı qiymətli idi? Qiymətlidirsə, niyə?
Yaxud başqa misal. Azərbaycan prokurorluğunda bloggerlərlə bağlı dindirmələrdə ola bilsin ki, prosesual boşluqlara yer verilib. Amma,burada bığ yeri təzəcə tərləmiş gəncin, atası yaşda olan dövlət başçısını təhqir etməsinə qarşı atılan prosesual addımlar və səylər var. Bu isə amerikalıların xoşuna gəlmir. Onlar həm açıq şəkildə, həm də bağlı qapılar arxasında hökuməti inandırmağa çalışırlar ki, gənc bloggeri guya təzyiqlərdən qorumaq üçün Baş prokurorun rəhbərlik etdiyi struktura təzyiq edilməlidir.
Bəs, o zaman həmin amerikalı məmurların özləri Erik Qarnerin öldürülməsi səhnəsini çəkən amerikalı bloggerin taleyinə niyə laqeyd yanaşdılar? Axı,ABŞ hüquq-mühafizə orqanları sadəcə olaraq polis zorakılığını öz kasetinin yaddaşına həkk edən birini təqib edirdi!
ABŞ hökuməti və eks-səfir Kozlariç, sözün birbaşa mənasında, bizim ölkə üzrə spiker təyin edilmiş digər diplomat Kramer Əliyev hökumətini azqala hər gün qərəzli və asassız tənqid edirdilər.
Gənc, müstəqil Azərbaycan dövlətinin siyasi sistemi və demokratik institutlarının fəaliyyətini təkmilləşdirmək üçün müəyyən zaman lazım və hələ çox iş görülməlidir.
Bəs nə üçün 200 yaşlı Amerika dövləti həmin Ferqyussonda 18 yaşlı silahsız, qaradərili Mayk Braunu güllələyən ağdərili polis Darren Uilsona bəraət qazandırdı? Dünyanın siyasi xəritəsində yenicə cücərmiş gənc demokratik ölkələr bu “ədalətdən”hansı nümunəni götürəcəklər? Bəlkə amerikalılar Azərbaycanı da bu cür “nümunələrdən”ibrət götürməyə tələsdirirlər?
Baxın,dünyaya ədalət və hüququn toxumunun amerikan növünü təklif edən ölkədə ədalət və hüquq necə aciz və gücsüz görkəmdədir?!
Amerikalılar Bakıda hüquq müdafiəçisi Emin Hüseynovu əvvəlcə öz səfirliyinə, sonra onu”adam oğurluğuna”xas üsulla İsveçrə səfirliyinə aparıb guya dövlətin öz vətəndaşına qarşı ehtimal olunan təhdidindən gizlədirmişlər.Bu da insan haqlarını qorumağın başqa cür yoludur?!
Ancaq elə həmin amerikalılar Ferqyussonda etiraz aksiyalarını işıqlandıran “əl-Cəzirə” telekanalının müxbirinə qarşı gözyaşardıcı qaz tətbiq edirlər! Və iğtişaşları işıqlandıran türkiyəli jurnalist Bilgin Şaşmazı güllələməklə hədələyirlər.
Bizlərə ayırd etmək yükü düşür:Yalan harada, həqiqət harada? Ədalətsizlik hanı, ədalət harda? Nəyə görə birini xilas edirlər, digərini öldürürlər? Amerika həbsxanaları qiyamçılarla, yəni potensial siyasi məhbuslarla doludur. Təkcə Ferqyussonda həbs edilən 5348 nəfərin yalnız 686-ı ağdərililər, yerdə qalanı qaradərililər təşkil edirdi. Ancaq bəzi ermənipərəst konqresmenlər və diplomatlar diqqəti Azərbaycandakı epizodik siyasi kolliziyalara kökləyirlər.Məqsəd nədir?
Sual yarana bilər: niyə total yox, epizodik? Vaxtilə ABŞ-ın Vaşinqton ştatından tutmuş Nyu-Yorka, Missuriyə qədər ştatlarının iri şəhərlərini polis zorakılığından və total təqiblərdən qəzəblənən amerikalıların etiraz aksiyaları bürüyürdü. Bakıda isə şəhərin mərkəzində Qərbə arxalanan müxalifətin icazəli mitinqinə müxalif nomenklaturanın bir ovuc nümayəndəsi – cəmi 200-300 nəfər qatılır!
Vaşinqton öz ölkəsindəki problemləri görmək istəmir amma, başqa ölkənin hökumətinə diqtə edir. Amerika məmurları isə əmin edirlər ki, bu xalq “totalitarizm və despotiya zənciri ilə buxovlanıb, demokratiya səyləri boğulub”.
Əlbəttə! Məhz buna görə hökumət “zəncirlənmiş xalq”a mitinq keçirmək üçün şəhərin mərkəzində meydan təqdim edir. Amma illər öncə həmin meydanlarda minlərlə insanlar toplaşardılar.
Bəlkə amerikalılar özünəməxsus “perezaqruzka” etsinlər və meydanların niyə narazı elektoratı və aktiv sosial bazanı özünə cəlb etmədiyinə dair suala bir daha cavab verməyə çalışsınlar?! Bu haqda düşünsünlər ki, əhalinin bu təbəqəsi hara əriyib yox oldu?!
…Bir dövlətin digərinə qarşı virtual intervensiyası da olmasa açıq təcavüzü ortadadır. İnsan haqlarının müdafiəsi şüarı,azadlıqlar və bərabərlik haqda eybəcərləşmiş şüarlar altında…
Ancaq azərbaycanlıların etiraz meydanlarını doldurmaq arzusunda olmamasının səbəbi başqadır. Və səbəb heç də amerikalıların pis-yaxşı işləyən dövlət institutlarını külə çevirən ehtiraslarının güdazına gedən ölkələrin acınacaqlı taleyi deyil. Artıq cəmiyyətin böyük hissəsi həqiqəti dərk edir – dövlətölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müdrikcəsinə və ağıllaidarə edilir. O, beynəlxalq situasiyanın necə inkişaf etdiyini ölçüb-biçir,onilliklərin geosiyasi risklərini hesablayır, böyük miqyaslı,hamıya görk olacaq diplomatik, dövlətimizin və xalqımızın maraq və mənafelərini nəzərə alan siyasi-iqtisadi xarakterlidüzgün qərarlar qəbul edir.
Əgər o, 2003-cü ildə amerikalıların dediklərini həqiqət kimi qəbul etsəydi, 2005-ci ildə və ölkənin taleyi uğrunda sərt mübarizənin sonrakı mərhələlərində büdrəsəydi, o zaman Azərbaycanı təhdid edən fəlakətin miqyasını təsəvvür etmək də çətin olmazdı.
Hərdən adama elə gəlir ki, İlham Əliyev ülgücün iti ucunda da sərbəst hərəkət edə bilir və ciddi səhvə yol verəcək bir addım da atmır. Ancaq illər keçir və biz qəbul edilən strateji qərarların düzgünlüyünə əmin oluruq. Taktiki səhvlərdən isə heç kim sığortalanmayıb. Hətta Tramp, Makron, Merkel və Putin də…
Əziz oxucular! Yəqin ki, siz də artıq Azərbaycan Polisi ilə amerikan polisi arasında fərqli cəhətləri görə bildiniz. Pandemiya dövrü bizim polis üçün həm də bir sınaq meydanı,imtahan, Avropa dilində isə test idi.DünyaAzərbaycan Polisinin nümunəvi bir xidmət nümayiş etdirməsinin canlı şahidi oldu. Hazırda görünməz düşmənlə mübarizə uğurla davam edir…
Şəmsəddin Əliyev,
Rövşən Novruzoğlu