Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gəlib.

APA-nın Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button